AZ

Salyanda baş verən qəzada ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub

Bakı.Trend:

Martın 11-də Salyan rayonu Şorsulu kəndi ərazisindən keçənavtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi başverib.

DİN Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi “KiaForte” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərəknəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismindəolan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerindəölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanayayerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindənhadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxışkeçirilib, sürücünün izahatı alınıb və hadisənin başverməsəbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyinedilib.

Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkənqara polietilen torbanın içərisində narkotik vasitə hesab edilənmarixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakışəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevləbirlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədiləBiləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayevavtomobildən düşərək həmin ərazidən qara polietilen torbagötürüb.

Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yolkənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyinidüşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin bunaetiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıbona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürətiartırmasını tələb edib.

N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyənməsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməniitirərək avtomobili aşırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davametdirilir.

Seçilən
70
14
az.trend.az

10Mənbələr