Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər. Əkilən və becərilən məhsul satılmalıdır. Əkilən satılmasa, onda o fermerin üzü gülə bilməz".
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri Anar İsgəndərov parlamentdə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, Lənkəranda dağətəyi torpaqlar istifadəyə verilib. "Mənə elə gəlir ki, qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, biz onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq",-o vurğulayıb.
Deputat əlavə edib ki, burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm: "Amma süni intellektə qədər olanlar var. Məsələn, subsisdiya ilə bağlı hamı nəsə götürür əkməyə.
Bu gün mənim kənddə 12 sot torpağım var, mən də onu buradan idarə edirəm. Hansı dərmanı nə vaxt verilməsini, verilməməsini və digər məsələləri tapşırıram. Niyə bu il o limonlar balaca oldu onu fikirləşirəm. O qədər ali təhsil ocaqlarımız var. Qoy, gələcəkdə mən Türkiyədə olan həmkarımdan zəng edib soruşmayım ki, bu niyə balaca oldu, hansı dərmandan istifadə etməliyəm? Niyə bizimkilər kifayət qədər pulu kənardan gələn bağbana verir? Verməsin. Burda mütəxəssis yetişdir və buradakı da onu əldə eləsin. Dünyada da belədir, ən ağır iki sahə var, təhsil və kənd təsərrüfatı sahəsi. Biz alma ilə bağlı öyünə bilərik. Almanın bu il qiyməti normal qalıb. Elə şeylər var ki, təkcə tərəvəz və meyvə olmasın. O, qida olsun və ya çörək qədər aktual olsun".
Deputat eyni zamanda Lənkəranda çayçılqla bağlı ictimai dinləmənin keçirilməsi təklif edilib.
Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.