AZ

Strateji Kommunikasiyalar üzrə seminar keçirilib - FOTO

Bakıda yerləşən “Wyndham Garden Baku” otelinin toplantı zalında UEFA Milli Assosiasiyaların Kommunikasiyalar Bölməsi tərəfindən milli assosiasiyalara öz potensiallarını həyata keçirməyə kömək etmək üçün UEFA Grow proqramı çərçivəsində Strateji Kommunikasiyalar üzrə seminar təşkil olunub.

Apasport.az xəbər verir ki, iki gün davam edən tədbirdə strateji kommunikasiyanın vacibliyi, maraqlı tərəflərin auditi və komanda potensialının qiymətləndirilməsi, AFFA-nın imic və reputasiyasının gücləndirilməsi, strateji prioritetlərin kommunikasiya baxımından planlaşdırılması, hədəf auditoriyaların müəyyənləşdirilməsi, əsas mesajların formalaşdırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.

Seminar çərçivəsində beynəlxalq turnirlərə ev sahibliyi edən AFFA və Azərbaycan üçün kommunikasiya yanaşmaları, turnirin təşkili, təşviqi və irs kommunikasiyası müzakirə olunub.

Bununla yanaşı, iştirakçılar üçün interaktiv qrup işləri təşkil olunub, müvafiq mövzular üzrə fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə edilib. Qrup müzakirələri zamanı yerli təcrübə, beynəlxalq yanaşmalar və inkişaf imkanları əsas diqqət mərkəzində saxlanılıb.

“Sabah” 100-ə çatdı

Region Liqasında pley-off mərhələsinin püşkü atılıb

Dambrauskas: “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq”

Kaxaber Tsxadadze: “Danışacaq nəsə yoxdur”

“Sabah” “Qəbələ”ni meydana çıxmağa peşman etdi - YENİLƏNİB

Seçilən
0
11
apasport.az

10Mənbələr