Türkiyə və Ermənistan infrastruktur və enerji məsələlərini müzakirə ediblər.
Türkiyənin energetika naziri Alparslan Bayraktar Parisdə Ermənistanın baş naziri Nikol Paşinyan və Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyanla görüşüb.
Onlar regionda davamlı sülh və sabitliyə töhfə verəcək infrastruktur və enerji məsələlərini, eləcə də şəbəkə bağlantısı, nüvə enerjisi və təbii qaz sahələrində birgə fəaliyyətləri müzakirə ediblər.