AZ

Qaxda yeni fındıq bağlarının 742 hektarı damcı üsulu ilə suvarılır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qax, 11 mart, AZƏRTAC

Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Qax rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən sayılır. Dövlətimizin başçısının bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə rayonda davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3 min hektardan çox sahədə yeni fındıq bağları salınıb. Yeni fındıq bağlarının 742 hektarı damcı üsulu ilə suvarılan intensiv bağlardır. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 97 hektardır. Bu bağların 6 min 255 hektarı barverəndir. Ötən il fındıq bağlarından 5 min 124 ton məhsul tədarük olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurumun rəsmisinin sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanıldıqdan sonra kənd əhalisinin fındıq bağlarının salınmasına marağı artıb. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən, fermerlərə ənənəvi fındıq bağlarının hər hektarına görə 250 manat, intensiv bağlara görə isə 800 manat subsidiya verilir.

Baş məsləhətçi deyib: “Fındıqçılıq rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biridir. Ona görə də torpaq mülkiyyətçiləri fındıq istehsalını artırmaq üçün bağlarda aqrotexniki tədbirlərə xüsusi diqqət yetirirlər. Bu da təbiidir. Bol məhsul götürmək üçün bağlara yaxşı qulluq olunmalıdır. Havaların əlverişli keçməsindən istifadə edən bağ sahibləri hazırda fındıq bağlarında aqrotexniki tədbirlərə, budama işlərinə başlayıblar. Eyni zamanda, bağlara üzvi və mineral gübrələr verilir, suvarılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
azertag.az

1Mənbələr