AZ

İrandan daha 2 Azərbaycan vətəndaşı təxliyə edilib - YENİLƏNİB

İrandan saat 10:00-dan 12:00-dək daha 2 Azərbaycan, 3 Pakistan, 2 Avstraliya vətəndaşı təxliyə edilib.

"Far.Az" Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

29 Çin vətəndaşı da bu gün "Astara" dövlət sərhədindən Azərbaycana təxliyə edilib.

İrandan martın 11-də saat 00:00-10:00 aralığında daha bir Azərbaycan vətəndaşı təxliyə olunub.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, onun təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Seçilən
3
7
far.az

10Mənbələr