AZ

Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb (FOTO)

Xocalı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azadolunmuş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Trend-inQarabağ bürosunun məlumatına görə, Qayıdış proqramı çərçivəsində bumərhələdə yola salınan karvanla Xocalı rayonunun Xanabad kəndinə 21ailə, ümumilikdə 103 nəfər çatdırılıb.

Belə ki, kəndə gələn ailələrə yaxın zamanda onlara məxsusevlərin açarları təqdim olunacaq.

Qeyd edək ki, Xanabad kəndinə köçürülən bu ailələr indiyədəkrespublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriyavə inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Növbəti
Növbəti
Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr