AZ

Arakçı Trampa cavab verdi: Tamamilə yalandır

İranın ABŞ və ya ABŞ qüvvələrinə qarşı profilaktik və ya qabaqlayıcı hücum planlaşdırdığı iddiası tamamilə yalandır.

Aktual.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.

"Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalılar tərəfindən maliyyələşdirilən bir bədbəxt hadisə olan "güclü səhv əməliyyatı”nı haqlı çıxarmaqdır”, - o bildirib.

Qeyd edək ki, Donald Tramp "Foks Nyus”a müsahibəsində deyib ki, əgər İrana zərbə endirmək üçün daha üç gün gözləsəydi, ABŞ-a hücum ediləcəkdi.

Seçilən
69
1
ulusum.az

2Mənbələr