AZ

Azarkeşlər Osimheni ağlatdı - VİDEO - FOTO

Türkiyənin "Qalatasaray" klubunun azarkeşləri komandanın hücumçusu Victor Osimhen üçün xüsusi və duyğusal koreoqrafiya hazırlayıblar.

Milli.Az xəbər verir ki, matç öncəsi tribunada nümayiş etdirilən koreoqrafiya futbolçuya və onun anasına həsr olunub. Azarkeşlərin hazırladığı bu jest stadionda böyük maraqla qarşılanıb.

Tribunadakı təsirli görüntüləri izləyən nigeriyalı hücumçu emosiyalarını gizlədə bilməyib. Osimhen koreoqrafiyanı gördükdən sonra göz yaşlarına hakim ola bilməyib və azarkeşlərin dəstəyinə görə onlara təşəkkür edib.

Azarkeşlərin bu addımı sosial şəbəkələrdə də geniş müzakirə olunub və bir çox istifadəçi tərəfindən "futbolun ən duyğusal anlarından biri" kimi qiymətləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
5
milli.az

1Mənbələr