AZ

Nigar Köçərlinin məhkəməsi başladı

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bu gün Nəsimi Rayon Məhkəməsində LIV Bona Dea Hospital xəstəxanasının mənə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin ilk iclası keçirildi”.

Bunu Gununsesi.info-ya “Əli Nino” Kitab Evinin rəhbəri Nigar Köçərli deyib.

“Məlum olduğu kimi, sosial şəbəkə hesabımda xəstəxanada keçirdiyim əməliyyatdan sonra yaşadığım sarsıntılar və qarşılaşdığım problemlərlə bağlı paylaşım etmişdim. “Liv Bona Dea” xəstəxanası isə həmin paylaşımı əsas götürərək məni məhkəməyə verib və 222 min manat məbləğində təzminat tələb edir.

Bugünkü iclasda iş üzrə ilkin məsələlər müzakirə olundu və tərəflərin mövqeləri dinlənildi.

Növbəti iclas 7 aprel tarixinə təyin olundu”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
3
icma.az

4Mənbələr