AZ

Növbəti köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb- YENİLƏNİB

Növbəti köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb.

APA xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), o cümlədən Füzuli rayonundan – 8 ailə (34 nəfər), Bakı şəhərindən – 6 ailə (27 nəfər), Beyləqan rayonundan – 5 ailə (18 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər), Xocalı rayonunun Xanabad kəndinə, cəmi – 21 ailə (103 nəfər), o cümlədə Bakı şəhərindən – 8 ailə (45 nəfər), Bərdə rayonundan – 6 ailə (29 nəfər), Ağcabədi rayonundan – 3 ailə (16 nəfər), Oğuz rayonundan – 1 ailə (7 nəfər), Goranboy rayonundan – 1 ailə (3 nəfər), Gəncə şəhərindən – 1 ailə (2 nəfər), İsmayıllı rayonundan – 1 ailə (1 nəfər) köçürülüb.

***

06.42

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu gün Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), o cümlədən Füzuli rayonundan – 8 ailə (34 nəfər), Bakı şəhərindən – 6 ailə (27 nəfər), Beyləqan rayonundan – 5 ailə (18 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər), Xocalı rayonunun Xanabad kəndinə, cəmi – 21 ailə (103 nəfər), o cümlədə Bakı şəhərindən – 8 ailə (45 nəfər), Bərdə rayonundan – 6 ailə (29 nəfər), Ağcabədi rayonundan – 3 ailə (16 nəfər), Oğuz rayonundan – 1 ailə (7 nəfər), Goranboy rayonundan – 1 ailə (3 nəfər), Gəncə şəhərindən – 1 ailə (2 nəfər), İsmayıllı rayonundan – 1 ailə (1 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, 11.03.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 40 yaşayış məntəqəsində 7 541 ailə (30 261 nəfər) məskunlaşmış olacaq.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
80
10
apa.az

10Mənbələr