Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Senatının işçilərinə sənədlərlə işləmək və məlumat axtarışı üçün bir neçə süni intellekt (Sİ) əsaslı chatbotdan istifadə etmək icazəsi verilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" daxili qaydalara istinadən məlumat yayıb.
Məlumata görə, Senat işçiləri rəsmi olaraq "Microsoft"un "Copilot", "OpenAI"nin "ChatGPT" və "Google"un "Gemini" alətlərindən istifadə edə bilərlər.
“Bildirək ki, artıq “Copilot” Senatda rutin işlərdə kömək edə bilər, o cümlədən sənədlərin hazırlanması və redaktəsi, məlumatların xülasələşdirilməsi, çıxış üçün tezislərin və brifinq materiallarının hazırlanması, həmçinin məlumatların axtarışı və təhlili”, - deyə sənəddə bildirilir.
Senat vurğulayıb ki, "Copilot"da daxil edilən məlumatlar “Microsoft 365”in hökumət üçün qorunan platformasında qalır. Lakin digər icazəli chatbotların məlumatları necə emal etdiyi və işçilərin gizli məlumatlarla necə işlədiyi barədə açıqlama verilməyib.
Qəzetin məlumatına görə, oxşar icazə Konqresin Nümayəndələr Palatasının bəzi işçilərinə də verilib. Bəzi köməkçilərə "Copilot", "Gemini", "ChatGPT" və "Anthropic" şirkətinin "Claude" alətindən istifadə etmək icazəsi verilib.
Əvvəllər "OpenAI"nin rəhbəri Səm Altman şirkətin texnologiyalarını Pentaqona istifadəyə açacağını bildirmişdi. Daha sonra "The Washington Post" xəbər verib ki, ABŞ hərbçiləri İrana qarşı əməliyyatların planlaşdırılmasında "Anthropic"in süni intellektindən hədəflərin seçilməsi üçün aktiv istifadə ediblər.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.