AZ

ABŞ və Səudiyyə Ərəbistanı İranla mübarizəni müzakirə edib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ Dövlət Katibi Marko Rubio Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Fərhan əl-Saudd ilə telefon danışığı apararaq Krallığın müdafiə qabiliyyətinin gücləndirilməsi və İranla mübarizə imkanlarını müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

“Dövlət katibi və Səudiyyə Ərəbistanının xarici işlər naziri, İranın Krallığa qarşı davam edən aqressiyası fonunda Səudiyyə Ərəbistanının müdafiə potensialını necə gücləndirmək barədə danışdılar,” – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, 28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində İranın ən böyük şəhərləri, o cümlədən Tehran hədəfə alınıb. Ağ Ev raket və nüvə təhdidləri səbəbi ilə bu hücumları əsaslandırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına görə, genişmiqyaslı cavab əməliyyatı həyata keçirilərək İsraildə obyektlərə hücum edilib. ABŞ obyektləri həmçinin Bəhreyn, İordaniya, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında zərər görüb. Hücumlar nəticəsində İranın ali rəhbəri ayətulla Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər həlak olub.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
bizimyol.info

1Mənbələr