Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyədə və həmçinin dünya ekranlarında məşhurluq qazanan "Möhtəşəm yüz il" serialından 15 il sonra iki uğurlu aktyor - Halit Ergenç (Sultan Süleyman) və Meryem Üzerli (Hürrem Sultan) kino dünyasında yenidən bir araya gələcəklər.Bu barədə Bizim.Media "Haber Global"a istinadən xəbər verir.Məlumata görə, Halit Ergenç və Meryem Üzerli "İmrozda bahar" adlı filmdə rol almağa hazırlaşırlar."Sky Films" şirkəti tərəfindən istehsal olunan "İmrozda bahar" filminin artıq hazırlıqlarına başlanılıb. Filmdə adada yolları kəsişən iki fərqli həyat hekayəsindən bəhs edilir. Layihə hər iki sənətçinin karyeralarında əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.Qeyd edilir ki, Halit Ergenç və Meryem Üzerlinin uzun illərdən sonra eyni film layihəsində yenidən bir araya gəlməsi filmi, həmçinin kinematoqrafik bir qarşılaşmaya çevirir.Filmin çəkilişlərinə tezliklə başlanılması planlaşdırılır və artıq kino dünyasında böyük maraqla gözlənilir. (Oxu.az)
Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.