AZ

Atropatena sözü bu gün Azərbaycan adı formasında həyatımızda mövcuddur - Həsən Həsənov

Bakı.Trend:

Son zamanlar Azərbaycan tarixi ilə bağlı çoxsaylı monumentaləsərlər yazılır. Lakin istərdim ki, bu əsərlərlə yanaşı, gənclərüçün broşür formatında da nəşrlər hazırlansın. Bu, gənclərimizintariximizi daha asan və əlçatan şəkildə öyrənməsinə kömək edər.

Trend xəbərverir ki, bu fikirləri bu gün tarixçi-alim, tarix elmləri doktoruHəsən Həsənov müəllifi olduğu “Atropatena – Adorbayqan adlıdövlətin yaranması” kitabının təqdimat mərasimi çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Gənclər Fondunun rəhbərliyi iləbroşür həcmində əsərlərin hazırlanması barədə qərar verilib. Bunəşrlərdə, məsələn, Atropatena dövlətinin necə yarandığı, hansıxalq tərəfindən və hansı tarixi şəraitdə formalaşdığı kimiməsələlər qısa və aydın şəkildə izah olunacaq.

Tarixçi-alim bildirib ki, tarixi bütün detalları ilə öyrənməkmütəxəssislərin işidir. Gənclərin isə ən azı ilkin məlumatlarıbilməsi üçün belə broşürlər faydalı ola bilər. Onun sözlərinə görə,Atropatena adlı dövlət mövcud olub və həmin “Atropatena” sözüzamanla dəyişərək bu gün “Azərbaycan” adı formasında həyatımızdayaşamaqdadır.

Həsən Həsənov əlavə edib ki, kitabın yazılmasında əsas məqsəddövlətimizin nə vaxt, hansı xalq tərəfindən və hansı tarixişəraitdə yarandığı barədə oxuculara məlumat verməkdir.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr