AZ

Türkiyənin Mersin meriyasında korrupsiyaya qarşı əməliyyat – çox sayda saxlanılan var

Bakı. Trend

Türkiyənin Mersin şəhərində Mersin Vilayətinin Baş Polisİdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla MübarizəŞöbəsinin əməkdaşları Mersin Böyükşəhər Bələdiyyəsində(meriyasında) tenderlərə müdaxilə və rüşvət cinayətləri ilə bağlıəməliyyat keçiriblər.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat çərçivəsində polisin bələdiyyəbinasında axtarış apardığı, həmçinin bir çox şübhəli şəxs barəsindəsaxlanılma qərarının olduğu məlum olub.

Qeyd edək ki, Mersin böyükşəhər bələdiyyəsinə Cumhuriyyət XalqPartiyasından (CHP) olan mer başçılıq edir.

Məqalədə:
Seçilən
67
1
az.trend.az

2Mənbələr