AZ

Tehran Vaşinqton qarşısında tələblər qoyur

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, adı açıqlanmayan mənbəyə istinad edən Livanın “Əl Mayadeen” telekanalı belə məlumat yayıb. “Tehran atəşkəslə bağlı bütün vasitəçilik təşəbbüslərini rədd edir, çünki onun şərtləri var və real zəmanətlər istəyir”, - telekanalın İran İslam Respublikasındakı müxbiri bildirib. Tehran Vaşinqtondan gələcəkdə təcavüzün olmayacağı barədə zəmanət, təzminat və İranın nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsini reallaşdırmasına dair razılıq verilməsini tələb edir. Martın 10-da İranın xarici işlər naziri Abbas Əraqçi “PBS News” telekanalına müsahibəsində ölkəsinin ABŞ ilə danışıqlar aparması ehtimalını rədd edib. Diplomat ABŞ ilə “çox acı təcrübə” səbəbindən diplomatik əlaqələrin gündəmdə olmadığını deyib. Xatırladaq ki, martın 6-da ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin İranla bağlamağa hazır olduğu yeganə razılaşma onun tam təslim olması şərtilə mümkündür. Maraqlıdır ki, martın 4-də “Axios” portalı İsrail kəşfiyyatının ABŞ və İran arasında gizli danışıqlardan şübhələndiyini yazmışdı. Nəşrin mənbələrindən birinin məlumatına görə, bununla belə, Vaşinqton İranın heç bir sorğusuna cavab verməyib. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
azvision.az

1Mənbələr