AZ

Bakıda bu sahələrdə çalışanlara 4 mindən çox maaş verilir

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü illə müqayisədə 8,6 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə üzrə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı da artaraq 1102,9 manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 9,3 faiz çoxdur.

Statistik məlumatlara görə, Bakıda əməkhaqqı səviyyəsinə görə ən yüksək gəlir mədənçıxarma sənayesində qeydə alınıb və bu sahədə orta aylıq əməkhaqqı 4028,4 manat təşkil edib. İkinci yerdə maliyyə və sığorta fəaliyyəti (2877,6 manat), üçüncü yerdə isə informasiya və rabitə sahəsi (1883,8 manat) qərarlaşıb.

Seçilən
37
8
publika.az

10Mənbələr