AZ

Rihannanın evinə hücum edən qadın 10 milyondan çox pul ödəyəcək

ain.az bildirir, Unikal.az portalına istinadən.

ABŞ-də dünya ulduzu Rihannanın Los-Ancelesdəki evinə silahlı hücum edən qadın saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə "Beverly Hills"də baş verib.

Belə ki, 35 yaşlı İvanna Lisette Ortiz müğənninin evinə avtomobildən 10 dəfə atəş açıb. Bununla da, o qəsdən adam öldürməyə cəhd maddəsi ilə həbs edilib. Polisin verdiyi məlumata əsasən, ən azı dörd güllə Rihannanın evə dəyib.

Qeyd olunur ki, məhkəmə Ortiz üçün 10 milyon 225 min dollar məbləğində pul cəzası təyin edib. 

Ayxanım Məlikova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
unikal.az

2Mənbələr