AZ

Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Qalatasaray"a uduzduqları matç (0:1) haqqında fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis məğlubiyyət barədə danışarkən, İstanbul təmsilçisinin 3 ay əvvəl Liqa mərhələsində də onun komandasına qalib gəldiyini xatırlayıb:    

"Üç ay əvvəl baş verənlərlə indiki vəziyyətimiz arasında çoxlu oxşarlıq var. Qol vurmaq üçün şansımız oldu. Erkən qol vurub hesabda irəli çıxmağı gözləyirsən, sonra isə onların ilk hücumu standart vəziyyətdən qolla nəticələnir. 

Daha yaxşı oynaya bilərik, buna 100 faiz əminəm. Qol vura bilmədik. Amma gələn həftə "Enfild"də oynayacağıq və azarkeşlərimiz bizi dəstəkləyəcəklər. Düşünürəm ki, "Qalatasaray" bu gün də oxşar vəziyyətdə idi. Onlar azarkeşlərindən böyük dəstək aldılar və belə şəraitdə oynamaq bizim üçün çətin idi. Ümid edirəm ki, gələn həftə "Enfild"də bizim azarkeşlərimiz əla atmosfer yaradacaq".

Seçilən
65
teleqraf.com

1Mənbələr