AZ

Son iki ayda DSMF dən 37,7 mindən çox elektron arayış alınıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 37 min 742 elektron arayış alınıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin arayışların 16 min 406-sı pensiya, 11 min 971-i müavinət və təqaüd, 5124-ü fərdi şəxsi hesab, 1777-si ünvanlı dövlət sosial yardımı, 351-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 332-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 1781-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
azertag.az

1Mənbələr