Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib ki, Hörmüz boğazındakı yük gəmisi “ehtimal edilən, lakin naməlum mərmi” ilə vurulub.
Bu barədə “7Times.az” “Sky News”a istinadən xəbər verir.
Məlumata görə, gəmi zədələnib və kömək istəyib. Bütün heyətin təhlükəsizliyi təmin edilib.