Marta Kos vurğulayıb ki, hakimiyyət ("Gürcü arzusu") xalqı Avropa İttifaqına doğru getdikləri və Birliyin onlara uyğunlaşacağı barədə yalan vədlərlə aldadır. O, yeni qəbul edilən qanunların vətəndaş cəmiyyətinə zərbə vurduğunu qeyd edərək, Avropa İttifaqının azadlıq və demokratiyaya dəyər verən Gürcüstan xalqından üz döndərməyəcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31