İraqın paytaxtı Bağdadda ABŞ-nin diplomatik nümayəndəliyinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum Bağdad hava limanı yaxınlığında yerləşən diplomatik dəstək mərkəzinə edilib. Hadisə zamanı binada olan insanlara dərhal sığınacaqlara çəkilmək əmri verilib. Bildirilir ki, hücum nəticəsində xəsarət alan olmayıb və bütün əməkdaşlar təhlükəsizdir.
Hadisə ilə bağlı "The Washington Post" qəzeti də məlumat yayıb. Qəzetin yazdığına görə, diplomatik obyektə altı pilotsuz uçuş aparatı göndərilib və onlardan beşi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Nəşrin məlumatına əsasən, hücumu İranın dəstəklədiyi silahlı qrup kimi tanınan "Islamic Resistance in Iraq" həyata keçirib.
Aminə ŞAHSUVARQIZI