AZ

Onun xalqına xidmət missiyası

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov xeyirxah əməlləri ilə təkcə bu bölgədə deyil, eyni zamanda, Azərbaycanın hər yerində hörmət-izzətə, böyük nüfuza sahibdir. Ona bu ümumxalq sevgisini həm də azadlıq yolunda mücahidliyi, əqidə dönməzliyi qazandırıb.

İman dolu könülləri dərin biliyi, bəlağətli nitqi, siyarətedici səsi ilə fəth edən Hacı Tahirin ötən əsrin 90-cı illərinin Meydan hərəkatının şahidi və iştirakçısı olanlar yaxşı xatırlayırlar. Xalqına və dövlətinə təmənnasız xidmətləri, sarsılmaz məhəbbəti ilə seçilən Hacı Tahir həm o zaman azadlıq aşiqlərinin, həm də indi müstəqil Azərbaycanın qurub-yaradan oğul və qızlarının daim ön sıralarında, sadə xalqın içində olub.

Məhz milli-azadlıq hərəkatındakı fəaliyyətinə görə 1990-cı ildə həbs olunaraq Moskvadakı “Lefortovo” (“KQB-nin zindanı”) həbsxanasına salınanda, beş il bundan əvvəl qardaşı şəhid olanda səhhətində problem yaranan Hacı Tahir məsləyindən bir addım belə geri çəkilmədi. “Qardaşım canını Vətən yolunda qoyub, bütün qardaşlarım bu yolda şəhidliyə hazırdır”,- deyə ağır dərdə sinə gərən Gəncə İmamzadə ziyarətinin rəhbəri Hacı Tahir Abbasovun bu gün doğum günüdür.

Ona bu əziz gündə möhkəm can sağlığı arzulayır, özünə həyat amalı kimi seçdiyi millətinə və dövlətinə xidmət missiyasını bundan sonra da dəyanət və ləyaqətlə davam etdirəcəyinə əmin olan dostları və əqidədaşları adından içdən gələn səmimi təbriklərimizi çatdırırıq.

Allah Hacı Tahir kimi milli aydınlarımızı xalqımıza çox görməsin!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
reyting.az

1Mənbələr