AZ

Bağdaddakı ABŞ diplomatik kompleksi PUA hücumuna məruz qalıb


Bağdaddakı ABŞ diplomatik binası pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Bağdad hava limanı və İraq hərbi bazalarının yaxınlığında yerləşən və ABŞ diplomatik korpusuna lojistik dəstək verən diplomatik mərkəzə altı PUA hücum edib.
Mənbələrin bildirdiyinə görə, onlardan beşi vurulub.
WP-nin məlumatına görə, pilotsuz təyyarənin hücumu müşahidə qülləsinin yaxınlığında baş verib.
Tələfat barədə məlumat verilməyib.
Seçilən
123
yeniavaz.com

1Mənbələr