“İndi dəniz neft və qaz ilə paralel olaraq, biz quru və ənənəvi sahələri də inkişaf etdiririk. Bu mənada ABŞ şirkətləri texnologiyaya, biliklərə və təcrübəyə çıxış imkanları baxımından təbii tərəfdaşlardır”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O, bildirib ki, artıq “Exxon” ilə bu əməkdaşlığa başlanılıb. “Həmkarlarımız və ABŞ şirkətləri müzakirələrdə iştirak edirlər. SOCAR da ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay və maraq əldə etməkdə çox maraqlıdır və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə prosesi gedir. Bu günlərdə etibarlı enerji mənbələrinin nə qədər vacib olduğunu görürük. Düşünürdüm ki, bu, Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq”,- deyə o bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta