AZ

Ağ saçları yolmağın hansı zərərləri var? Açıqlama

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dermatoloq Desmond Tobin ağ saçların yolunmasının xoşagəlməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "The Guardian" nəşri yayıb.

Mütəxəssisin sözlərinə görə, ağ saçlarla bağlı ən geniş yayılmış mif ondan ibarətdir ki, bir ağ saç yolunduqda onun yerində iki saç bitir. Professor bildirib ki, bu fikir doğru deyil. Buna baxmayaraq, o, ağ saçların kökündən qoparılmasını tövsiyə etmir.

Dermatoloq izah edib ki, hər bir saç follikulundan yalnız bir saç telinin çıxması mümkündür. Saçı yolmaq bu prosesi dəyişdirmir, lakin follikulun zədələnməsinə və ya tamamilə məhv olmasına səbəb ola bilər.

Onun sözlərinə görə, saç yolunduqdan sonra dəridə kiçik qan damcısı görünürsə, bu follikulun zədələndiyini göstərə bilər. Belə halda follikul bərpa olunmaya bilər və həmin yerdə saç bir daha çıxmaya bilər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
redaktor.az

2Mənbələr