AZ

Şirniyyatçılar restoranlarda heç vaxt bu tortları yemir, çünki...

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Yeməkdən sonra masanı şirin desertlə tərk etmək bir çoxumuz üçün xoş ənənəyə çevrilib. Restoran menyularında bu şirniyyatlar adətən çox cazibədar görünür. Amma mətbəxdə baş verənlər bəzən menyudakı gözəlliyə uyğun olmur.Demokrat.az-ın məlumatına görə şirniyyat sahəsi üzrə ekspertlərin fikrincə bəzi desertlər var ki, onları restoranda sifariş etməzdən əvvəl iki dəfə düşünmək lazımdır. Məsələn, Ameliya Geist deyir ki, xüsusilə şəbəkə restoranlarında təqdim olunan şirniyyatların böyük hissəsi elə mətbəxdə hazırlanmır. Çox vaxt onlar kənarda bişirilir, sonra isə dondurulmuş halda restorana gətirilir. Buna görə də vitrində gördüyünüz ideal kəsilmiş tort dilimləri bəzən günlərlə saxlanmış məhsullar olur.Digər şirniyyatçı Klaudiya Martines isə klassik çizkeykin demək olar ki, hər yerdə eyni formada təqdim olunmasını təsadüfi saymır. Onun fikrincə, bu desert çox vaxt hazır şəkildə alınır və uzun müddət saxlanılır. Üstəlik, tərkibindəki ağır krem səbəbindən düzgün saxlanmadıqda keyfiyyətini tez itirə bilir.Krem-brüle sevənlər üçün də xəbərdarlıq var. Daniella Lea Rada bildirir ki, bəzi restoranlar bu deserti hazırlayarkən təbii məhsullardan istifadə etmək əvəzinə hazır toz qarışıqlarına üstünlük verir. Nəticədə desertin teksturası bir qədər fərqli olur və dadı da gözlənildiyi kimi alınmır.Brauni və müxtəlif piroqlar da hər zaman restoranda sıfırdan hazırlanmış olmur. Bir çox mətbəxdə prosesin sürətli getməsi üçün hazır qarışıqlardan istifadə edilir. Bu isə desertin keyfiyyətinə və dadına təsir göstərə bilir.Şirniyyatçıların diqqət çəkdiyi başqa məqam isə həddindən artıq parlaq rəngli tortlardır. Belə desertlərdə çox vaxt təbii meyvələrdən yox, süni dadlandırıcı və boyalardan istifadə olunur. Ona görə də onlar həm dad, həm də keyfiyyət baxımından gözlənilən effekti verməyə bilər.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
1
demokrat.az

2Mənbələr