Biləsuvar Rayon İcra Hakimiyyətinin tabeliyindəki Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatı şəhərin kommunal xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə elan etdiyi Yanacaq (Benzin və dizel) mallarının alınması üzrə satınalma prosedurunu uğurla yekunlaşdırıb.
Xəbər verilir ki, Satınalma nəticəsində fərdi sahibkar Abbasov Vüqar Kamal oğlu ilə müqavilə bağlanıb.
Anlaşmanın ümumi məbləği 29.710 AZN təşkil edir.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovdur.
Ayaz