AZ

Gecə qorxulu yuxular xəstəliklərin xəbərçisi ola bilər Alimlər

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Maraqlı və ya narahatedici yuxular bədənin daxilində xəstəliyin inkişaf etməyə başladığını əvvəlcədən xəbər verə bilər. Yuxu tədqiqatçıları belə bir hipoteza irəli sürürlər: beyin orqanizmdəki ən kiçik dəyişikliklərə reaksiya və onları yuxular vasitəsilə əks etdirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Psixoloqlar hesab edirlər ki, bəzən "prodromal yuxular” adlandırılan yuxular xəstəliyin ilkin mərhələlərində meydana çıxır; beyin artıq bioloji dəyişiklikləri qeydə alır, amma insan hələ heç bir simptom hiss etmir.

Boston Universitetinin Tibb Məktəbinin psixologiya professoru və yuxu tədqiqatçısı Patrik Maknamara izah edir ki, beyin daim daxili orqanlardan gələn siqnalları izləyir. Orqanizm infeksiya və ya digər xəstəliklərin simptomları ortaya çıxmazdan əvvəl çox zəif daxili siqnallar göndərə bilər. REM yuxu fazasında – yəni insan yuxu görərkən – beyin bu məlumatları işləyir.

Maknamara bildirir ki, bu siqnallar paralimbik beyin bölgələrində, xüsusən də amiqdalada işlənir; amiqdala oyanıq halda təhlükəni müəyyənləşdirməkdə əsas rol oynayır. Təhlükə aşkar edilərsə, beyin bədənin içindəki pozuntuları əks etdirən simvolik və ya narahatedici obrazlar yarada bilər, hətta hələ diaqnoz qoyulmamış simptomlar olmasa belə.

Maknamara əlavə edir ki, REM-yuxu zamanı beyin orqanizmin vəziyyəti barədə məlumatları "sıxır" və sintez edir, bədənin içində baş verənlərin bir növ şəkilini yaradır.

Yuxular və xəstəliklər arasında tarixi əlaqə

Qəzet qeyd edir ki, yuxularla xəstəliklər arasında əlaqə min illər əvvəl də nəzərə alınırdı. Qədim Yunanıstanda insanlar xüsusi məbədlərə – asklepiionlara gedərək rituallar həyata keçirir və şəfaverici yuxu görməyi ümid edirdilər.

Lakin müasir elmi izahlar hələ yalnız formalaşmaq mərhələsindədir. Maknamaranın 2025-ci ildə Frontiers jurnalında dərc olunmuş nəzəri işi, yuxuların xəstəliklərin inkişafından əvvəl necə xəbər verə biləcəyini izah etməyə çalışan ilk elmi cəhdlərdən biri sayılır.

Elmin dedikləri

Ən inandırıcı məlumatlar hələlik nevroloji xəstəliklərdən əldə olunub. 2017-ci ildə 1200-dən çox REM-yuxu davranış pozuntusu olan şəxslər üzərində aparılan araşdırma göstərdi ki, bu pozuntu baş verdikdən 12 il sonra iştirakçıların 73%-i Parkinson xəstəliyi və ya demensiya diaqnozu alıb.

Digər araşdırmalar da göstərir ki, yuxulardakı dəyişikliklər həzm sistemi, ağciyər, ginekoloji, stomatoloji xəstəliklər və artrit kimi müxtəlif xəstəliklərdən əvvəl görünə bilər.

2015-ci ildə aparılan kiçik bir araşdırma göstərdi ki, döş xərçəngi diaqnozu qoyulmazdan əvvəl bəzi qadınlar qeyri-adi yuxular görmüşdülər; iştirakçıların 83%-i bu yuxuların adi yuxulardan daha parlaq və intensiv olduğunu qeyd etmişdi.

Maknamara bildirir ki, prodromal yuxular yalnız ciddi xəstəliklərdən əvvəl yaranmır: "Biz yalnız həyatı təhlükə altına qoyan xəstəliklərdən danışmırıq. Belə yuxular qrip və ya soyuqdəymədən əvvəl də baş verə bilər"

Hansı yuxular siqnal ola bilər?

Tədqiqatçı bəzi təkrarlanan motivləri belə yuxularla əlaqələndirir:

"Bir motiv insanın yuxusunda səbəbsiz aqressiya göstərməsi ola bilər. Bu qeyri-adi görünsə də, bədənin metaforik siqnalıdır. Digər güclü siqnal isə naməlum kişi fiqurlarının müəyyən təhlükəli davranış sərgiləməsidir".

Bu obrazlar beynin bədənin içindəki təhlükəyə simvolik reaksiyası ola bilər.

Bəzi tədqiqatlar göstərir ki, xəstəliklərdən əvvəl yuxularda həşəratlar da görünə bilər. Məsələn, 2022-ci ildə COVID-19 diaqnozu qoyulmuş 2888 nəfərin yuxuları analiz edildikdə, iştirakçılar testdən bir neçə gün əvvəl larva və ya ilan sancmaları yuxularını gördüklərini bildiriblər.

İnsanlardan nümunələr

Yuxular mövzusunda yazan və "Good Morning Britain" proqramında "Your Dreams Explained" rubrikasını aparan yazıçı Teresə Çenq bildirir ki, insanlar yuxular sayəsində sağlamlıq problemlərini vaxtında aşkar etdiklərini düşünürlər: "Uzun illər ərzində mənə çoxlu mesajlar gəlib, insanlar yuxuların onların həyatını xilas etdiyini deyirlər".

Bir qadın yuxuda bir kişinin döşünə işarə etdiyini görüb həkimə müraciət edib və yoxlamalardan sonra ona üçüncü mərhələ döş xərçəngi diaqnozu qoyulub.

Məqalənin əhəmiyyəti

Maknamara vurğulayır ki, nəzəriyyə hələ yalnız hipotezdir və geniş tədqiqatlara ehtiyac var. Lakin gələcəkdə onun praktik tətbiqi mümkün ola bilər.

Bunun potensial sahələrindən biri psixi sağlamlığın monitorinqidir. Tədqiqatçılar bilirlər ki, intihar fikri olan insanlar bir neçə həftə öncə narahatedici yuxular görürlər. 2022-ci ildə 89 xəstə üzərində aparılan araşdırmada 80%-i qeyri-adi və ya dəyişmiş yuxular gördüklərini bildirib.

Maknamara ehtimal edir ki, gələcəkdə yüksək riskli xəstələr süni intellekt cihazları vasitəsilə yuxularını qeyd edib analiz edə biləcək və həkimləri mümkün təhlükələr barədə xəbərdar edə biləcək.

Eyni zamanda o qeyd edir ki, bu ideyanın praktik tətbiqi hələ çox uzaqdadır: "Hazırda yalnız nəzəriyyəmiz var. Onu təsdiqləmək üçün genişmiqyaslı tədqiqatlar lazımdır".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr