Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya, təcrübəli özəl hərbçilər və təhlükəsizlik işçilərindən ibarət heyəti “kölgə donanması” gəmilərinə cəlb etməyə başlayıb. Bu donanma Rusiyanın neftini daşımaqla məşğuldur.
Bizimyol.info xəbər verir ki, bu barədə "Helsingin Sanomat" məlumat verib.
Nəşr "Delfi" və Beynəlxalq Jurnalist Araşdırmalar Mərkəzi (BJAM) ilə birgə Finsk körfəzində fəaliyyət göstərən “kölgə donanması” gəmilərində dəniz ixtisası olmayan 17 nəfəri müəyyən edib. Təxminən 12 nəfərin "Vaqner" qruplaşması və ya Rusiya hərbi kəşfiyyatı ilə əlaqəsi olduğu ehtimal edilir. Məqalədə vurğulanır ki, bu özəl hərbçilər heyəti nəzarətdə saxlayır və gəmilərin Qərb ölkələrinin əlinə keçməsinə imkan vermirlər.
Bir neçə Qərb hərbi və kəşfiyyat qurumları, o cümlədən Finlandiya Təhlükəsizlik Xidməti (Supo), “təhlükəsizlik qruplarının” mövcudluğunu təsdiqləyib. "Supo" həmçinin bildirib ki, Rusiya təhlükəsizlik personalı bəzən “kölgə donanması” ilə Rusiya Silahlı Qüvvələri arasında əlaqələndirici rol oynaya bilər.
La-Manş boğazından təxminən 800 kölgə tanker keçib və bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirir. "Fox News" bildirir ki, bu, NATO sularında mümkün hərbi qarşıdurma təhlükəsini artırır. Professor Maykl Klark qeyd edib ki, Böyük Britaniya və onun müttəfiqləri bu Rusiya gəmilərinə qarşı “çox sərt” tədbirlər görə bilərlər. Onun sözlərinə görə, “dənizdə militarizasiya olunmuş qarşıdurma” La-Manşda və Şimal dənizində real ola bilər.
"The Economist" məlumat verir ki, 2025-ci ilin dekabrında “kölgə donanması” gündə təxminən 5 milyon barrel embarqo altında olan neft daşıyıb ki, bu da dünya dəniz nəqliyyatının 11%-i deməkdir. Analitiklər hesablayıb ki, hər beşinci beynəlxalq ticarət tankerinin “kölgə donanmasına” aid olduğu müəyyən edilib. Eyni zamanda ABŞ-ın “Rosneft” və “Lukoyl”a tətbiq etdiyi sanksiyalar qüvvədədir və Rusiyanın hasil etdiyi neftin 80%-ni daşıyan tankerler məhdudiyyətlər altındadır.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.