AZ

Ukraynadan Rusiyanın qərbindəki hərbi zavoda RAKET ZƏRBƏSİ

Ukrayna Rusiyanın qərbindəki Bryansk şəhərindəki hərbi zavoda raket zərbəsi endirib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə rəsmi Kiyev iddia edib. Xəbərdə deyilir ki, Rusiya hakimiyyəti isə bombardman nəticəsində ən azı altı nəfərin öldüyünü bəyan edib. Ukrayna prezidenti Vladimir Zelenski gündəlik müraciətində bildirib:

“Əsgərlərimiz Rusiyanın Bryanskdakı əsas hərbi zavodlarından birinə zərbə endiriblər. Bu zavod Rusiya raketləri üçün elektron komponentlər istehsal edirdi”.

Bir neçə dəqiqə əvvəl bölgənin Rusiya qubernatoru Aleksandr Boqomaz Ukraynanın Bryansk şəhərinə hava hücumu nəticəsində ən azı altı mülki şəxsin öldüyünü və 37 nəfərin yaralandığını açıqlayıb.

Aydın Baxış

Seçilən
26
2
bakivaxti.az

3Mənbələr