AZ

Bağdad hava limanı yaxınlığında ABŞ-nin diplomatik obyektinə dron hücumu olub

BAKI, 11 mart. TELEQRAF

İraqın paytaxtı Bağdadda hava limanı yaxınlığında yerləşən ABŞ-ın diplomatik obyektinə pilotsuz uçuş aparatları ilə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, hücum iki pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Hadisə nəticəsində xəsarət alanlar və ya obyektə dəyən zərər barədə hələlik məlumat verilməyib.

Seçilən
106
teleqraf.com

1Mənbələr