AZ

İranın yeni dini liderinin milyonluq daşınmaz əmlak şəbəkəsi üzə çıxdı 400 milyon avro ...

Sherg.az saytına istinadən ain.az xəbər verir.

İranda yeni dini lider seçilən Müctəba Xameneinin böyük daşınmaz əmlak sərvətinə sahib olduğu barədə iddialar müzakirələrə səbəb olub. Bildirilir ki, o, sanksiyaları müxtəlif vasitələrlə aşaraq dünya üzrə milyonlarla avro dəyərində daşınmaz əmlak şəbəkəsi qurub.

Sherg.az xəbər verir ki, məlumata görə, Xameneinin üçüncü şəxslər və gizli şirkətlər vasitəsilə İranın üzərinə tətbiq olunan sanksiyaları keçərək təxminən 400 milyon avro dəyərində daşınmaz əmlak şəbəkəsi yaratdığı iddia edilir.

"Bloomberg"in araşdırmasına əsasən, atası Əli Xameneinin fevralın 28-də ABŞ və İsrailin hücumları nəticəsində öldürülməsindən sonra dini lider seçilən Müctəba Xamenei London, Dubay, Toronto və Frankfurt kimi şəhərlərdə lüks əmlaklara sahibdir. Bildirilir ki, bu mülklərin heç biri birbaşa onun adına rəsmiləşdirilməyib. Əmlak portfeli Londondakı bahalı mənzillərdən Frankfurt və Mallorkadakı 5 ulduzlu otellərə qədər geniş spektri əhatə edir.

Araşdırmada qeyd olunur ki, bu mülklərin alınmasında istifadə edilən vəsaitlərin böyük hissəsi İranın neft gəlirlərindən əldə olunub. Həmin vəsaitlərin Böyük Britaniya, İsveçrə, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindəki maliyyə qurumları üzərindən gizli şirkətlər vasitəsilə yönləndirildiyi bildirilir.

İddialara görə, bu maliyyə şəbəkəsinin mərkəzində bankir Əli Ənsari dayanır. O, ötən il İran İnqilab Keşikçiləri Korpusunu maliyyələşdirdiyi iddiası ilə sanksiya siyahısına daxil edilib. Məlumata görə, Ənsari Xamenei adına Londonda Kensington sarayı yaxınlığında təxminən 50 milyon funt sterlinq dəyərində lüks mənzillər alıb.

Analizlərə əsasən, Xameneinin maliyyə şəbəkəsindəki hesabların əsas sahibi kimi məhz Ənsari göstərilir və bu vəziyyət onun ölkədə ən təsirli oliqarxlardan birinə çevrildiyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
sherg.az

1Mənbələr