AZ

Tramp administrasiyası İran müharibəsinin ilk iki gününün xərcinin 5,6 milyard dollar olduğunu açıqlayıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın administrasiyası çərşənbə axşamı ABŞ Konqres komitələrinə təqdim etdiyi hesabatda İrana qarşı hücumların ilk iki günü ərzində 5,6 milyard dollarlıq sursatdan istifadə etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Məlumata görə, Konqres üzvləri Ağ Evin tezliklə müharibə üçün əlavə maliyyə tələbini Konqresə təqdim etməyi planlaşdırdığını düşünür.

Bəzi rəsmilər tələbin 50 milyard dollar ola biləcəyini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
apa.az

2Mənbələr