Avropa İttifaqında qazın qiyməti 90 faizə yaxın bahalaşıb
İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Avropa İttifaqı (Aİ) ölkələrində enerji daşıyıcılarının qiymətində kəskin artım qeydə alınıb. Avropa Komissiyasının hesabatına görə, İrandakı gərgin vəziyyətlə əlaqədar regionda təbii qazın qiyməti demək olar ki, 90 faiz artıb.
Eyni zamanda, qlobal xammal bazarında neftin dəyəri də ciddi şəkildə yüksəlib. Məlumata görə, Yaxın Şərqdə yaranan qeyri-sabitlik və enerji təhlükəsizliyi ilə bağlı risklər neft qiymətlərinin 40 faiz bahalaşmasına səbəb olub.
Ekspertlər bildirirlər ki, regionda hərbi və siyasi gərginliyin davam etməsi Avropanın enerji bazarına mənfi təsir göstərməkdədir və bu tendensiyanın iqtisadi fəsadları yaxın gələcəkdə daha kəskin hiss oluna bilər.
Xuraman Etibarlı
İnterpress.az