AZ

Günəş aktivliyi NASA nın planlarını pozdu: 14 illik missiya vaxtından əvvəl bitir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Radiasiya qurşaqlarını tədqiq edən 600 kiloqramlıq zond Yer atmosferinə daxil olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

2012-ci ildə Yer kürəsinin radiasiya qurşaqlarını tədqiq etmək məqsədilə kosmosa buraxılmış 600 kiloqramlıq Van Allen A zondu 14 illik orbit fəaliyyətini başa vurur. NASA-ya məxsus bu kosmik aparat 10 mart çərşənbə axşamı planetimizə geri dönəcək.

Peykin əsas kütləsi atmosfer qatına daxil olarkən yanaraq məhv olacaq və yalnız kiçik qalıqlar qalacaq. Bu qalıqların insanlara zərər yetirmə ehtimalı olduqca aşağıdır (təxminən 0.02%).

Yanmayan hissələrin isə böyük ehtimalla açıq okean sularına düşməsi gözlənilir.

Uzun müddət ərzində Yerin yaxın və uzaq orbitlərində dövr edən Van Allen kosmik zondları radiasiya səviyyəsi barədə mühüm informasiyalar toplayıb. Toplanmış məlumatlar kosmik hava şəraitinin proqnozlaşdırılması və Günəşin təsirlərinin öyrənilməsi üçün istifadə edilir.

İlkin planlara əsasən aparatın 2034-cü ilədək orbitdə qalması nəzərdə tutulsa da, son illərdəki Günəş aktivliyi onun Yerə vaxtından əvvəl qayıtmasına səbəb olub. Onun əkizi olan Van Allen B zondu isə hələ orbitdə fəaliyyətini davam etdirir və yerə dönməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
107
oxu.az

1Mənbələr