AZ

"DFC" Orta Dəhlizin inkişafını ABŞ ilə birgə irəli aparır

Vaşinqton. Trend:

ABŞ İnkişaf Maliyyə Korporasiyası (DFC) Orta Dəhlizin inkişafınıirəli aparmaq üçün ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıqedir.

Trend-in xüsusimüxbirinin məlumatına görə, bunu ABŞ Beynəlxalq İnkişaf MaliyyəKorporasiyasının idarəedici direktoru Kennet Edgel VaşinqtondaABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuşABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.

Edgel Azərbaycanın həm İran, həm də Rusiya ilə həmsərhəd olanyeganə ölkə kimi unikal coğrafi mövqeyini vurğulayıb və TransxəzərDəhlizi kimi də tanınan Orta Dəhliz çərçivəsində ortaq məqsədlərəçatmaq üçün bunun əhəmiyyətini qeyd edib.

“Bu dəhliz Mərkəzi Asiyanı Avropa və Amerika bazarları ilə dahada birləşdirəcək ki, bu da administrasiyanın əsas marağıdır”, –deyə o bildirib.

O əlavə edib ki, "DFC" dəhlizin inkişafını irəli aparmaq üçünABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıq edir.

Edgel regional əməkdaşlığın daha geniş iqtisadi faydalarını davurğulayıb. O, 8 avqustda imzalanan müqavilələrə toxunaraq regionalsabitliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın rolunu və“sülhün həyatları xilas etdiyini və rifaha yol açdığını” qeyd edib.“Burada "DFC", "EXIM Bank" və "USTDA" rol oynayır”, – deyə obildirib.

Edgel "DFC"nin “biznes üçün açıq” olduğunu və Azərbaycanda yenilayihələrdə iştirak etməyə hazır olduğunu bildirib.

“Strateji tərəfdaşlıqlar kağız üzərində əla konsepsiyalardır,lakin biz konkret layihələr görmək istəyirik. Azərbaycanbazarındakı geniş imkanlardan həyəcan duyuruq və potensialinvestisiyalar və əməkdaşlıq barədə bizimlə dialoq açan bu tədbirdəmaraqlı tərəflərə minnətdaram”, – deyə o əlavə edib.

Seçilən
118
az.trend.az

1Mənbələr