AZ

Adil Əliyevin qadınlara 8 Mart “hədiyyəsi” – FOTO

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 8 Mart günü qadın işçilərə küçə təmizlətdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Suraxanı sakini Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qadın işçilərə bayram günü kəsilmiş ağacları daşıdıblar:

“Suraxanı Rayon İcra Hakimiyyəti qadın işçilərini 8 Mart münasibəti ilə “Təbrik edir”. Hədiyyə olaraq ərazidə kəsilmiş ağacları xususi olaraq qadınlara daşıtdırırlar.

İnşallah, gələn 8 Martda da Qadınlar Yeni Günəşliyə asfalt çəkər.

Heç olmasa bu gün yox da, bayram günü yox da”.

/tribuna.az/

Seçilən
37
1
nocomment.az

2Mənbələr