ABŞ kəşfiyyatı İranın Hörmüz boğazında minalama planlarından xəbər tutub.
"Unikal" xəbər verir ki, məlumata görə, İran bu məqsədlə hər biri iki və ya üç mina daşıya bilən kiçik gəmilərdən istifadə etməyə hazırlaşır.
İranın əlində olan minaların dəqiq sayı məlum deyil, lakin bu, Rusiya, Çin və İran tərəfindən istehsal edilən 2000 ilə 6000 ədəd arasında mina ola bilər.