AZ

ABŞ İsraildən İranla bağlı xahiş etdi: Bu ərazilərə zərbələr endirilməsin!

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ İsraildən İranda enerji infrastrukturuna hücumları dayandırmağı xahiş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Vaşinqton bu mesajı həm yüksək siyasi səviyyədə, həm də İsrail Silahlı Qüvvələri Baş Qərargah rəisi Eyal Zamirə göndərib.

Tramp administrasiyası xahişi əsaslandırarkən üç səbəb göstərib:

Müharibədən sonra İranın neft sektoru ilə əməkdaşlıq imkanlarını qorumaq;

Hücumların İran xalqına zərər verə biləcəyi qorxusu;

Körfəz ölkələrində İranın enerji infrastrukturasına qarşı kütləvi qisas hücumlarının baş verə biləcəyi ehtimalı.

Nəşr qeyd edir ki, Ağ Ev, ABŞ Dövlət Departamenti və Vaşinqtondakı İsrail Səfirliyi məsələyə münasibət bildirməyib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
globalinfo.az

1Mənbələr