AZ

“Balanslı siyətinin mühüm elementləri: Milli maraqlara əsaslanan strategiya”

BAKI, 10 mart. TELEQRAF

Azərbaycan dünyada baş verən kataklizmlər fonunda balanslı siyasət həyata keçirir. Bu praqmatik siyasət ölkənin ərazi bütövlüyünü, iqtisadi, siyasi və diplomatik baxımından inkişafını ehtiva edir. Ölkəmizin sərgilədiyi mövqe onun yerləşdiri regionda, Yaxın Şərqdə və Avropa məkanında özünü daha qabarıq formada təzahür etdirir.

Bu sözləri Teleqraf-a politoloq Ramiyə Məmmədova Azərbaycanın regional və qlobal miqyasda artan rolundan bəhs edərkən deyib.

Politoloq hesab edir ki, bu uğurlu siyasət Azərbaycanın həyata keçirdiyi layihələrin reallaşmasına da təsir göstərir:

“Ölkəmiz bu gün qlobal əhəmiyyətli layihələrə mühüm yatırımlar edib. Bu xüsusda Azərbaycan dünyada sülhə və əməkdaşlığa, eyni zamanda beynəlxalq hüququn aliliyinə hər zaman hörmətlə yanaşır. 30 ilə yaxın ərazilərinin bir hissəsi Ermənistanın işğalında olduğu dövrdə isə Azərbaycan beynəlxalq hüququn işləmədiyinin fərqində idi. Buna baxmayaraq ölkəmiz pozulmuş ərazi bütövlüyünü və suverenliyi BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təkbaşına təmin etmiş etdi. Əslində bununla Azərbaycan beynəlxalq qanunlara nə dərəcədə sadiq olduğunu göstərdi”.

Ramiyə Məmmədovaya görə, beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, müharibədə qalib gəlmiş Azərbaycan bütün ölkələrə məhz bərabər prizmadan yanaşmağın tərəfdarı olduğunu nümayiş etdirir:

“Sözsüz ki, Azərbaycanın sürətli inkişafı bir çoxları üçün arzuolunmaz haldır. Vaxtaşırı olaraq ölkəmiz məhz yeni reallıqlarla barışmaq istəməyən ölkələrin və bəzi qüvvələrin əsassız iddiaları ilə üzləşir. Amma buna baxmayaraq Azərbaycan diplomatik baxımdan bütün ölkələrlə münasibətləri mümkün səviyyədə saxlamağa çalışır. İran ətrafında baş verənlər, ölkəmizə qarşı edilən təxribat fonunda Azərbaycanın qətiyyətli mövqeyi prinsipial məsələlərdə dövlətimizin birmənalı yanaşmasının ifadəsi kimi başa düşüldü.

Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət məhz Azərbaycanın milli maraqlarının regional və qlobal miqyasda ən yüksək səviyyədə təmin edilməsinə hesablanıb”.

Seçilən
26
teleqraf.com

1Mənbələr