AZ

Mədəniyyət Nazirliyi qonaqları qarşılamağa 367 min pul ayırdı: Alınmadı

Mədəniyyət Nazirliyinin tabeliyində olan Əsaslı Tikinti və Təchizat MMC-nin keçirdiyi tenderin nəticəsi ləğv olunub.

Bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Məlumatlarda bildirilir ki, nazirlik müxtəlif tədbirlərin keçirilməsi zamanı qonaqların qəbulu və yerləşdirilməsi xidmətini satın almaq istəyib. Bunun üçün 366 min 900 manat vəsait də ayırıb. Lakin tenderlərə nəzarət edən Azərbaycan Prezidenti yanında Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti şərtlərin məqbul olmadığı qənaətinə gəlib. Səbəb kimi isə “Dövlət Satınalmaları haqqında” qanunun 36.1.-ci maddəsinin tələblərinin pozulmasını göstərib. Yəni, Mədəniyyət Nazirliyi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması şərtinə əməl etməyib. /Tribuna.az/


Seçilən
80
1
azia.az

2Mənbələr