AZ

Kürd komandir Suriya müdafiə nazirinin müavini TƏYİN EDİLDİ

Kürd komandir Suriya müdafiə nazirinin müavini təyin edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya Departamentinin direktoru Qaliun məlumat yayıb.

Kürd YPG qüvvələrinin komandiri Sipan Hamo Suriya müdafiə nazirinin ölkənin şərq bölgəsi üzrə müavini vəzifəsinə təyin olunub.

Nazirlik rəsmisi bildirib ki, bu qərar kürd birləşmələrinin Suriyanın dövlət institutlarına inteqrasiyası haqqında irimiqyaslı sazişin icrası çərçivəsində qəbul edilib.

Sipan Hamo bundan əvvəl “Suriya Demokratik Qüvvələri” (SDF) alyansının nüvəsini təşkil edən YPG kürd hərbi-siyasi təşkilatına rəhbərlik edib və İŞİD-lə mübarizədə fəal iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
67
interpress.az

1Mənbələr