AZ

Lavrov və Əraqçı arasında telefon danışığı olub

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlər regionda ABŞ və İsrailin İrana hücumları fonunda kəskin şəkildə pisləşən vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Lavrov gərginliyin tezliklə azaldılmasının vacibliyini vurğulayıb və tərəfləri danışıqlara qayıtmağa çağırıb.

Nazir həmçinin Rusiyanın İranın və onun regional qonşularının təhlükəsizlik maraqları nəzərə alınmaqla bu prosesə kömək etməyə hazır olduğunu bildirib.

Seçilən
48
Ajans.az

1Mənbələr