AZ

Cəlilabadda ana övladının ölümünə səbəb oldu Gizlətməyə çalışdı

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü M. A yaşadığı evin həyətindən döş nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada vəfat edib. İlkin olaraq valideynləri uşağın yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər.

Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilib və həqiqət aşkara çıxarılıb.

Məlum olub ki, yeniyetmənin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və nəticədə azyaşlı bıçaq xəsarəti alıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
7
qafqazinfo.az

9Mənbələr