AZ

Göyçayda körpü qəzalı vəziyyətdədir – FOTO

Göyçay çayı üzərində yerləşən əsas körpü təhlükəli vəziyyətdədir.

NOCOMMENT.az xəbər verir ki, hazırda qəzalı vəziyyətdə olan, çökmələr baş verən körpü şəhərin müxtəlif hissələrini bir-birinə birləşdirən vacib nəqliyyat keçididir. Hər an daha ciddi təhlükə baş verə bilər.

Avtomobillərin və piyadaların keçidi üçün daha çox istifadə olunur bu körpüdən. Şəhər daxilində nəqliyyatın rahat hərəkəti üçün mühüm rol oynayır. Göyçay çayı üzərində illər ərzində bir neçə dəfə körpü tikilib və ya yenilənib, çünki çayın daşqınları bəzi dövrlərdə köhnə körpülərə ziyan vurub. Körpü Göyçay rayonunun mərkəzinə giriş yollarından birində yerləşdiyi üçün həm yerli sakinlər, həm də rayona gələn qonaqlar tərəfindən tez-tez istifadə olunur.

Xatırladaq ki, Göyçay çayı üzərindəki avtomobil körpüsü 2 iyun 2018-ci il tarixində güclü yağışlardan sonra çayda selin artması səbəbində dağılmışdı, körpü uçmuşdu və yol bağlanmışdı. Bakı–Şamaxı–Yevlax magistral yolunda hərəkət tamamilə dayanmışdı. /metbuat.az/

Seçilən
35
2
nocomment.az

3Mənbələr