AZ

Emin Əmrullayev müəllimlərlə görüşdü

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Elm və Təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Görüşdə yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub.

Sonda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
9
olke.az

10Mənbələr