AZ

İrana qarşı müharibədə Rusiyanın əsas məqsədi budur Zelenski sirləri açdı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Oleq İvaşçenkonun hesabatını dinləyib. Hesabatda Rusiya rəhbərliyinin İran ətrafındakı vəziyyətdən istifadə etmək və ABŞ-ın hərbi əməliyyatını uzatmaq niyyətləri barədə məlumat verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında bildirib.

Prezidentin sözlərinə görə, hazırda Rusiyanın əsas məqsədi Yaxın Şərq və Fars körfəzi regionunda uzunmüddətli müharibə risklərini artırmaqla Ukraynaya qarşı aparılan savaş üzərində dünyanın təzyiqini azaltmaqdır. Kreml eyni zamanda sanksiyalardan çıxmaq və neft-qaz qiymətlərindəki dalğalanmalardan əlavə resurslar əldə etmək üçün çalışır.

“Rusiyalılar enerji sahəsindəki sanksiyaların tamamilə ləğv olunmasını arzulayırlar. Buna qarşı tədbirlərimizi müəyyənləşdiririk və tərəfdaşlarımızı məlumatlandıracağıq.”

Prezident həmçinin kəşfiyyata Rusiya hərbi istehsalı barədə daha fəal işləməyi tapşırıb. Onun sözlərinə görə, Ukrayna geosiyasi çağırışlara baxmayaraq Rusiyanın hücum potensialını məhdudlaşdırmalıdır.

Zelenski əlavə edib ki, Ukrayna kəşfiyyatı Rusiya itkilərinin qiymətləndirilməsi barədə mühüm sənədlər əldə edib. Hesabatda göstərilir ki, rus hərbçilərinin itki nisbətində dəyişiklik var. Rusiya öz gizli rəsmi hesabatlarında döyüşdə itkilərin 1 milyon 315 min nəfər olduğunu bildirir. Lakin Zelenski bu rəqəmlərin aşağı göstərilməsi ehtimalını istisna etmir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
113
globalinfo.az

1Mənbələr